
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov "Media forum” saytına məlumat göndərib.
O yazır ki, oktyabrın 1-i Strasburqda AŞPA siyasi məsələlər komitəsinin iclası keçirilib: "İclasda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal edilmiş ərazilərində gərginliyin artması mövzulu məruzənin hazırlanması üçün məruzəçi təyin edildi. Məruzəçi britaniyalı deputat Robert Volterdir.
Ermənistan hakimiyyəti, AŞPA-dakı ermənipərəst qruplaşmalar Ermənistanın işğalçılıq siyasətini ifşa edən hər hansı bir sənədin hətta hazırlanmasının qarşısını almaq üçün bütün imkanlarını səfərbər ediblər. Lakin biz ümid edirik ki, məruzəçi Ermənistan hakimiyyətinin, AŞPA-dakı ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq obyektiv məruzə hazırlayacaq, Ermənistanın işğalçı dövlət olduğunu və işğal etdiyi ərazilərdə mülki əhaliyə qarşı kütləvi şəkildə cinayətlər törətdiyini bir daha dünya ictimaiyyətinə çatdıracaq, məruzənin qətnamə hissəsində ilk dəfə olaraq işğalçı Ermənistana qarşı konkret sanksiyaların tətbiq edilməsini tələb edəcək”.
.