Sentyabrın 2-də Avropa Şurası Parlament Assambleyasının Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov AzərTAc-a belə məlumat verib.
Büro Elxan Süleymanovun müəllifi olduğu qətnamə layihələrini məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərib. Məruzə "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması” adı ilə qeydə alınacaq.
Elxan Süleymanov 1940-cı ildə Göyçayda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Uzun illər mədəniyyət, incəsənət və təhsil sahələrində çalışıb, sahibkarlıqla məşğul olub, xeyriyyəçilik edib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təsisçisidir. Milli Məclisə 2010-cu ildə 85 saylı Şamaxı seçki dairəsindən seçilib.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
.
