Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının başını kəsərək öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini İlham Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə tərəflər arasında insident yaranıb. Təqsirləndirilən və zərərçəkən tərəflərin yaxınları bir-birini ittiham edib. Onların arasında yaranmış mübahisəyə və söz davasına görə məhkəmə baxışı qeyri-müəyyən vaxta kimi təxirə salınıb.
Qeyd edək ki, qətl hadisəsi bu il yanvarın 26-da baş verib. Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlham Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Süleymanovanın başını kəsərək qətlə yetirib. Hadisəni törədən İ.Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gedərək təslim olub. Təqsirləndirilən şəxs Bakı Metropolitenində elektrik-mexanik işləyib.

.