
Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneggerin oğlu Patrik keçən ilin payızında 21 yaşlı qalmaqallı müğənni Mayli Sayrusla görüşməyə başlayıb.
Pis reputasiyası olan qız oğlanın valideynlərinin xoşuna gəlməyib. Gənclərin münasibətinə son qoymaq üçün valideynlər oğulu hətta varislikdən belə çıxarmağa hazırdırlar.
Aktyorluq sənətinə yeni qədəm qoyan Patrik Şvartsenegger və Mayli Sayrus çoxdan tanışdırlar. Onlar yaşıddırlar, 2011-ci ildə tanış olublar, amma müğənni oğlanın məhəbbətinə cavab verməyib. "Dəmir Arni”nin oğlu təslim olmayıb və keçən payız bir cəhd də edib, bu cəhd uğurlu olub. O zamandan onlar bir yerdədirlər, münasibətləri yetərincə ciddidir.
Sayrusun valideynləri qızlarının yeni sevgilisindən razıdırlar, amma gəncin anası və atası Arnold Şvartsenegger və Mariya Şrayver ailə dostlarının sözlərinə görə oğullarının seçimini qəbul etmirlər.
Ciddi tədbirlərin təşəbbüskarı Patrikin anası, Mariya Şrayverdir. O, növbəti mübahisənin birində oğlunu mirasdan məhrum edəcəyi ilə hədələyib. Oğlan isə dilənçi olmağı, sevgilisindən ayrılmaqdan üstün tutduğunu deyib.//oxu.az
.