“Ermənistan tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır”.

Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli ictimai televiziyaya müsahibəsində bildirib.

“Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələni "3+3" formatında müzakirə etmək üçün əsas olarsa, bu fürsətdən istifadə edib bir-birimizin mövqeyini aydınlaşdıracağıq. Lazım gələrsə, biz Ankaraya və Bakıda getməyə, həmçinin, bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, deyə Qriqoryan vurğulayıb.

A.Qriqoryan əlavə edib ki, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır.

.