 
                            “Biz ABŞ ilə birgə Atom Elektrik Stansiyasının inşası məsələsində olduqca vacib mərhələyə daxil olmuşuq”.
Yenizaman-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O deyib ki, hazırda tərəflər müvafiq hüquqi bazanın hazırlanması ətrafında müzakirələr aparır.
Qriqoryanın sözlərinə görə, indiki mərhələdə son sözü rəsmi Vaşinqton söyləməlidir.
. 
                        
                        
 
                     
                    