
Müsavat Partiyası 10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü ilə bağlı mitinq keçirməyi planlaşdırır.
Bu barədə "Report"a partiya başqanının müavini Elman Fəttah məlumat verib. O bildirib ki, mitinqlə bağlı qərar partiyanın Divanında keçiriləcək müzakirələrdən sonra qəbul ediləcək.
E.Fəttah mitinqdə digər müxalifət partiyalarının da iştirakının təmin edilməsi məsələsinin müzakirələrin nəticəsindən asılı olduğunu qeyd edib.
.