Müsavat başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.
"Qafqazinfo" xəbər verir ki, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər.
BMCMİ-nin nümayəndələri qeyd ediblər ki, idarənin rəisi general Seyfulla Əzimov Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib.
Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq.
