8 ildir komada olan İsrailin sabiq baş naziri Ariel Şaronun səhhəti kəskin pisləşib. Bu barədə yerli media orqanları məlumat yayıb. Məlumatda bildirilir ki, sabiq baş nazir artıq son saatlarını yaşayır.
"Jerusalem Post" qəzetinin internet saytında gedən məlumata əsasən, Ariel Şaronun müalicə aldığı "Ber Şava" tibb mərkəzinin rəhbərliyi mətbuat mənsublarını xəstəxanaya dəvət edib.
"Haaretz" qəzeti isə dərc edib ki, İsrailin keçmiş baş nazirinin vəziyyəti kritikdir.
"Yedioth Ahronoth" qəzeti isə yazıb ki, Ariel Şaronun övladları artıq onun başının üstündə son saatlarını sayır.
Məlumat üçün bildirək ki, 84 yaşlı Ariel Şaron 2006-cı ildə keçirdiyi infarkt zamanı komaya düşüb. 2001-ci ildə İsrailin baş naziri seçilən Şaron, Qəzza və İordan çayının qərb sahilində fələstinlilərin ölümündə və utanc divarının inşa edilməsində əsas pay sahibi olub.
.
