Argentinalı məşhur baş məşqçi Xorxe Sampaoli karyerasını Braziliyada davam etdirəcək.

65 yaşlı mütəxəssis "Atletiko Mineyro" klubunda işləyəcək. 

Onun müqaviləsinin müddəti 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, Xorxe Sampaoli 2020-ci il mövsümündə də "Atletiko Mineyro"nun baş məşqçisi olub. Həmin vaxt komanda Braziliya A Seriyasında üçüncü yeri tutub.

.