Argentinalı hakim Remihio Armoa Misiones əyalətində gənclər arasında keçirilən matç zamanı futbolçunu bıçaqlayıb.

 "Goal.com" nəşri xəbər verir ki, oyunçuların hakimi mühasirəyə almasından sonra dava düşüb. Armoa bıçaqla futbolçulardan birinin sinəsinə vurub.

İdmançı huşunu itirib və komanda yoldaşları tərəfindən meydandan çıxarılıb. Hazırda yaralının həyati təhlükəsi yoxdur.

Referi qaçmağa cəhd etsə də, yerli polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

.