Argentina yığması 2022-ci ilin futbol üzrə dünya çempionatının seçmə matçında Boliviya milli komandası üzərində qələbə qazanıb.

La-Pasda keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı Boliviya yığması açıb. Matçın 24-cü dəqiqəsində Marselo Moreno fərqlənib.

Argentina yığmasının qələbə qollarını 45-ci dəqiqədə Lautaro Martines və 79-cu dəqiqədə Xoakin Korrea vurublar.

Argentina komandasının növbəti rəqibi Paraqvay yığması olacaq, Boliviya isə Ekvador seçməsi ilə qarşılaşacaq.

.