Yüksək oktanlı benzin YDM-lərdə baha olacaq. Hələlik Ai-95 80 qəpik, Ai-98 – 1,5 manatdır. Energetika nazirinin sözlərinə görə, tezliklə bazar iştirakçılarının hamısı Ai-95 idxal edə biləcək.
İqtisadiyyatın qanunlarına görə, bu halda qiymət düşməlidir, amma statistikaya əsasən (http://autotraveler.ru/spravka/benzine-in-europe.html) benzin yalnız Rusiyadan gətiriləcək. Orda AI-95 – 0,68, AI-98 – 0,7 avrodur. Azərbaycan hökumətinin qərarı ilə 21 yanvardan AI-95 və AI-92 idxalı iyuna kimi gömrük rüsumu və aksizdən azad edilib. Rüsum dərəcəsi 15-dən 0%-a, aksiz dərəcəsi 1 ton üçün (http://www.customs.gov.az/ru/taktcizi.html) $250-dan $1-a endirilib.
ARDNŞ rəhbəri R.Abdullayev deyib ki, o, AI-95 və AI-98 benzinin qiymətinin liberallaşmasının tərəfdarıdır. «Dövlət niyə cip sahiblərini subsidiyalaşdırmalıdır? ARDNŞ AI-92-nin piqmentləşməsini ona görə dəyişib ki, onu AI-95 ilə qarışdırmasınlar. Kompleks tədbirlər lazımdır. Əks təqdirdə kütləvi saxtakarlıq olar», - deyə o bildirib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov da yüksək oktanlı benzinin bahalanmasının tərəfdarıdır. Onun fikrincə, liberallaşma zamanı AI-95 20% bahalana bilər. Bu, sosial vəziyyətə təsir etməyəcək. «AI-92 və dizel yanacağının qiyməti sabitdir, AI-95 və AI-98 isə bahalı maşınlara tökülür», - deyə o qeyd edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Turan-a bildirib ki, Azərbaycanda yüksək oktanlı benzin əlavə qatqılarla istehsal edilir. Bu isə maya dəyərini artırır. Həmçinin yerli və Avropa AI-95 benzini arasında fərq var. Sürücülər Avropa yanacağına üstünlük verir. Bundan başqa, yerli benzinin istehsal həcmi ildə 1,4 mln tondur və artmaqda davam edir. Ona görə AI-92 və solyar yağı istehsalı artırılmalıdır, deyə o düşünür.
Bir sıra məlumatlara görə, «yanacaq liberallaşması»nın sosial rifaha dəxli yoxdur. Bunun Tarif Şurasının 3 dekabr 2013-cü il tarixli qərarı da göstərir. Bundan başqa, yüksək oktanlı benzin ilə təkcə ciplər yox, Avropa azlitrajlı maşınlar da doldurulur. Avropa, yapon, koreya istehsalçıları texnikalarını AI-92-yə adaptasiya etsələr də, bu, məhdud şəkildə keçmiş SSRİ ərazisi üçün edilir.
Rəsmi məlumata görə, Azərbaycan artıq AI-98 idxal edir. Amma Dövlətstatkomun ötən il üçün məluimatlarında bu rəqəmlər yoxdur. Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə ölkəyə $143,23 mln məbləğində neft məhsulları, bitum və s yanacaq gətirilib.
Bir sıra ekspertlərə görə, ARDNŞ-nin son illər Şərqi Avropa və Türkiyədə NEZ-lərin səhmlərini alması təsadüfi deyil. Azərbaycan AI-95 və AI-98-i onun tabeliyində olan müəssisələr göndərəcək, tabe şirkətlər isə idxal edəcək. rüsum və aksiz vergisinin ləğv edilməsi inhisarçılara əlavə xalis mənfəət gətirəcək.
.