2015-ci ilin yanvarında ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 118 mln 502 min manat olub, deyə şirkətin saytı məlumat verir.Məlumat verildiyi kimi, 2014-cü ilin yanvarında ARDNŞ-nin dövlət büdcəsinə ayırmaları 173 mln 578 min manat olub. Beləliklə, yanvarda şirkətin dövlət büdcəsinə köçürmələri 31,7% azalıb.
ARDNŞ-nin DSMF-yə icbari sosial sığorta üzrə ayırmaları 2015-ci ilin yanvarında 11 mln 931 min manat (azalma 11,6%) olub.
2014-cü ildə ARDNŞ-nin dövlət büdcəsinə vergi ayırmaları 1 mlrd 855 mln 230 min manat olub.
2015-ci ildə dövlət büdcəsinə 1,5 mlrd manat vergi ödənişi planlaşdırılıb.
* ARDNŞ-nin məlumatına görə, 2015-ci ilin yanvarında Ceyhan limanında Azərbaycan neftinin orta ixrac qiyməti 1 barrel üçün $49,53 olub. 2014-cü ilin yanvarında bu göstərici $108,76 idi..
