Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvlərini yaxalayıb.
Yenizaman.az vesti.az-a istinadən bildirir ki, bu dəstənin ARDNŞ-i fasiləsiz olaraq 40 gün ərzində soyub talamaqla məşğul olduğu üzə çıxıb.
Saxlanılan şəxslər Abşeron rayon sakinləri Elşad Əsədov (1985) və Şahmar Əsgərli (1991), Bakı şəhər sakinləri Telman Məlikov (1968) və Elman Əliyevdir (1969).
Məlum olub ki, bu adamlar Mehdiabad qəsəbəsi ərazisində ARDNŞ-ə məxsus neft kəmərinə kran qoyaraq avqustun 10-dan sentyabrın 21-dək oradan hər gün 500 litr neft oğurlayıblar. Oğruları ARDNŞ əməkdaşları müəyyən ediblər. Sonra polisə məlumat verilib. Hazırda iş üzrə istintaq gedir.
.