Ötən ilin sonlarından Çində başlayan yeni növ COVID-19 (koronavirus) xəstəliyi hökumət tərəfindən karantin rejiminin tətbiq edilməsi, bəzi layihələrin dayandırılması və bizneslərin bağlanması ilə nəticələnmişdir. Dünya bazarlarında hökm sürən iqtisadi şərait Azərbaycan Respublikası Dövlət Neft Fondunun Fondun (ARDNF) fəaliyyətində bir sıra çətinliklər yaradıb.

Bu barədə ARDNF-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarında göstərilir.

Hesabata əsasən, hazırda xam neftin qiymətlərinə olan cari tələb dəyişkənliyi Fondun biznes məqsədlərini həyata keçirmək qabiliyyətinə təsir göstərir. Bu təsirlər COVID-19 pandemiyasının təsir etdiyi belə bazarlarda və xam neftin qiymətlərində ciddi qeyri-sabitlik fonunda özünü daha aydın büruzə verir.

"Xam neftin qiymətlərinin qeyri-sabit olması cari və növbəti maliyyə dövrlərində Fondun aktivlərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər", - hesabatda qeyd edilir.

Hesabata görə, Fondun üzləşdiyi başqa bir məsələ digər suveren fondlar kimi, Fondun birjada kotirovka olunan səhmlərdən ibarət olan investisiya portfelinin qısamüddətli qiymət dəyişkənliyindən yaranan müvəqqəti zərərə məruz qala bilməsidir.

ARDNF ötən ili mənfəətlə başa vurub

2019-cu ilin yekunlarına görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) xalis mənfəəti 4 316 219 min manat təşkil edib.

Bu barədə də 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına qeyd edilir.

Xatırladaq ki, 2018-ci ili ARDNF 768 439 min manat xalis zərərlə bitirmişdi.

Qeyd edək ki, hesabat dövründə ARDNF-in cəmi aktivləri 12,5% artaraq 74 311 156 min manata çatıb. Fondun cəmi öhdəlikləri isə 7,3% artaraq 1 088 816 min manat təşkil edib.

ARDNF-ə son 19 ildə 160 mlrd. dollara yaxın vəsait daxil olub

Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 2001-2019-cu illər ərzində 159,4 mlrd. ABŞ dolları daxil olub.

Bu ARDNF-in 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatların göstərilir.

Hesabata əsasən, Fonda daxil olan vəsaitin təxminən 43,3 mlrd. dollar (27,2%) yığıma yönəldilib.

Qeyd edək ki, 2019-cu ilin nəticələrinə görə, ARDNF-in cəmi aktivləri 12,5% artaraq 74 311 156 min manata çatıb. Fondun cəmi öhdəlikləri isə 7,3% artaraq 1 088 816 min manat təşkil edib.

.