Dövlət Neft Fondu ilə «AtaSığorta» şirkəti arasında müqavilənin məbləği məlum olub.
Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, Fondun yeni inzibati binasının sığorta haqqı 130,9 min manat və ya $166 876,6-dır.
Xatırladaq ki, 30 dekabr 2014-cü ildə AtaSigorta Dövlət Neft Fondunun H.Əliyev pr., 111 ünvanındakı binasını sığortalayıb. Müqavilə bunları əhatə edir: yeni binanın (22 mərtəbə) və texniki obyektlərin (qazanxana, elektrik yarımstansiyası, istilik və soyutma sistemi) sığortası, daşınan əmlakın sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası. --17D—
.