Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 107,028 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə Fonddan məlumat verilib.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,53 milyon ABŞ dolları və ya 36,3 % çoxdur.

Bu ilin I rübündə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 17,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 milyard 251,9 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil edib.

Xatırladaq ki, “Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (%).

.