2025-2028-ci illərdə Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertlər uyğun şəkildə tənzimlənəcək.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi"ndə bildirilib.

Qeyd edilib ki, makroiqtisadi sabitliyin və fiskal dayanıqlılığın, həmçinin resursların nəsillərarası ədalətli bölgüsünün təmin edilməsi üçün ölkənin valyuta ehtiyatlarının qorunması, xüsusilə də Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılması xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə növbəti ortamüddətli dövrdə də ARDNF-dən dövlət büdcəsinə yönəldilən illik transfertlərin həcmləri uyğun şəkildə tənzimlənəcək.

.