Rusiya ilə sülh müqaviləsi yalnız Rusiya qoşunlarının 23 fevrala qədər nəzarət altında saxladığı Ukrayna ərazilərinə geri çəkilməsindən sonra imzalana bilər.
Bu barədə “RBK-Ukraina” saytına müsahibəsi zamanı Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya söyləyib.
“Biz müqavilənin şərti imzalanma mərhələsinə yaxud mövzunu ciddi müzakirə edəcəyimiz məqama çatsaq, onlar torpaqlarımızdan getməli olacaqlar. Və onda artıq biz sənədi imzalamaq, baxmaq yaxud parafra etməyə başlayacayıq”, - deyə Araxamiya söyləyib.
Araxamiya sülh müqaviləsinin hər detalının ayrı-ayrılıqda hazırlandığını amma kompleks imzalanacağını deyib.
“Əgər bu olmasa, danışıqlar bütün mənasını itirir”, - Araxamiya deyib.
.
