Ermənistan və Azərbaycan beynəlxalq platformalardan bir-birinə qarşı iddiaların geri götürülməsini müzakirə edirlər.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

“Bəli, biz beynəlxalq hüquqi platformalarda bir-birimizə qarşı mübahisələrin, iddiaların və şikayətlərin rədd edilməsini müzakirə edirik”, - deyə o əlavə edib.

Nazir qeyd edib ki, İrəvan və Bakı “Ermənistan-Azərbaycan dövlətlər arası sərhədində üçüncü tərəflərin istisna edilməsi məsələsini” də müzakirə edirlər.

XİN rəhbəri hesab edir ki, “müvafiq konstruktiv yanaşma ilə Azərbaycan və Türkiyə ilə münasibətlərdə qısa zamanda nəzərəçarpacaq irəliləyiş əldə etmək olar”.

.