Biz nüvə proqramı sahəsində Rusiya və Çindəki dostlarımızla məsləhətləşmələri davam etdirəcəyik.
Bu barədə İran xarici işlər naziri Abbas Araqçi rusiyalı həmkarı Sergey Lavrovla Tehranda keçirilən mətbuat konfransında deyib.
İran XİN rəhbəri bildirib ki, ölkəsi təzyiq və təhdidlər altında nüvə proqramı ilə bağlı ABŞ-la birbaşa danışıqlar aparmayacaq: İranın nüvə danışıqlarındakı mövqeyi tam aydındır. Biz təzyiq və sanksiyalar altında danışıqlar aparmayacağıq. Bu şəkildə maksimum təzyiq olunmayana qədər bizimlə ABŞ arasında birbaşa danışıqların aparılması imkanı yoxdur.
Araqçi Suriya ilə bağlı da Rusiyanın mövqeyinə çox yaxın olduqlarını bildirib.

.