Bu ilin on ayı ərzində 384 nəfər zərərçəkənin olduğu 42 təsdiqini tapmış qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, qida zəhərlənmələrindən çoxunun (26 hadisə - 171 zərərçəkən) məişət zəmnində baş verdiyi müəyyən edilib.
Məlumata görə, zəhərlənmələrə daha çox konservləşdirilmiş məhsulların (8 hadisə) səbəb olduğu aşkar edilib.
İctimai iaşə müəssisələrində baş verən zəhərlənmələr (13 hadisə - 198 zərərçəkən) isə daha çox dönər (6 hadisə) və digər qarışıq qidalardan (7 hadisə) olub.
Həmçinin bildirilib ki, bu dövr ərzində qida zəhərlənməsi hadisəsindən ölüm halı qeydə alınmayıb.
.
