Hörmətli oxucular redaksiyamıza Moskvadan Türkiyənin "A Haber” kanalının müxbiri Aqşin Kişiyev tərəfindən "Minval.az” saytına ünvanladığı məktub daxil olub.
Məktubu olduğu kimi cap edirik.
Aqşin Kişiyevin "Minval.az” saytına ünvanladığı məktub:
Hörmətli Redaksiya,
Sizi Moskvadan Türkiyənin "A Haber” kanalının müxbiri Aqşin Kişiyev narahat edir.
Oleq Kuznetsovun qələmə aldığı ve sizin de yaydığınız məqalədə (http://minval.az/news/123659025) mənim haqqımda həqiqəti əks etdirməyən məlumatlar yer alır. Xahiş edirəm, o məqaləni saytınızdan çıxarasınız.
Belə ki, Kuznetsov mənim jurnalistik taleyimin daha öncə Azərbaycanın Rusiyadaki səfiri Polad Bülbüloğlu tərəfindən qırıldığını iddia edir. Halbuki, mən 20 ilə yaxındır bu məsləyimin başındayam və heç səfirimizlə də heç bir problemim yoxdur.
Ötən ilin yayında ANS rəhbərliyi ilə aramızda bəzi məsələlərdə fikir ayrılığı səbəbindən özüm könüllü olaraq Türkiyənin "A HABER” kanalına keçdim və yeni işimə görə də çox xoşbəxtəm.
Kuznetsov yazısında mənim "Lider Tv”nin qovulan jurnalisti qədər peşəkar birisi olmadığımı da iddia edir. Nə isə, indi heç kimin burdan qeybətini etmək istəmirəm. Ancaq, madəm sözünü etdiyi adam belə yüksək peşəkardırsa, o halda onun üçün narahat olmağa dəyməz. Daha yaxşı bir iş tapar özünə. Necə ki mən tapdım.
Bir daha təkrar edirəm, mənim Azərbaycanın Rusiyadakı səfirliyi ilə və ya cənab səfirimiz Polad Bülbüloğlu ilə heç bir problemim yoxdur. Səfirə garşı heç bir iradım yoxdur. Tam tərsi, ölkəmizi Rusiyada belə bir insanın təmsil etdiyinə görə fəxr edirəm. Bunu mən facebookda bu gun yazdığım statusda da ifadə etdim. (facebookdakı adım Agşin Kişiyev)
Son olaraq bunu da deyim ki, bu gün Kuznetsovla telefonla danışdım. İradımı bildirdim və o da üzr istədi və dedi ki "Mən sizi anladım. Sizin adınızı siləcəyik o məqalədən”. Ancaq nəinki adım silinmədi, üstəlik daha öncə səhf yazılan familiyam da düzəltildi.
Əgər sizi maraqlandıran bir sualınız olsa, telefon nömrəm: +7 926 220 59 30
Hörmətlə, Aqşin Kişiyev.
***********
Məktubu tez-tələsik yazdığım üçün səhvlərə görə üzr istəyirəm. Bu yazını zatən qəzetinizdə yayımlamanız üçün yazmadım. Sadəcə məlumat vermək istədim ki, Kuznetsovun yazısı başdan başa böhtanlarla doludur. Əvvəla, onun Azərbaycan üçün bu qədər işlər görmüş cənab səfirimiz haqqındakı böhtanlarını normal qəbul etmək mümkün deyil. Kuznetsov bu yazısıyla məncə çox insanın gözündə etimadını itirdi. Xahiş edirəm onun belə ağa qara, qaraya ağ dediyi yazılarına etibar etməyəsiz.
