ABŞ administrasiyasının elan etdiyi sanksiyalar qlobal maliyyə və enerji bazarlarına zərər verəcək və bunun nəticələrini sıravi amerikalılar da hiss edəcəklər.

Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Amerikanın yeni məhdudiyyətləri ilə bağlı sualları cavablandırarkən deyib.

Rusiyalı diplomat bildirib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları heç nəyi həll etməyəcək.

“Tarix hamıya öyrətmir. Sanksiyalar Rusiya ilə bağlı heç nəyi həll etməyəcək”,- deyə o vurğulayıb.

.