
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Həmin qurumlar aşağıdakılardır:
1. “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs.
2. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs və onun tabeliyindəki “Kommunal Laboratoriyalar” Məhdud Məsuliyyətli
Cəmiyyəti.
3. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs.
4. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti.