NATO ölkələrinin xarici işlər nazirlərinin Antalyada keçiriləcək qeyri-rəsmi görüşündə alyansın müdafiə xərcləri və Ukraynada sülh nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq.

Yenizaman Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu görüşün başlanmasından əvvəl jurnalistlərə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Müttəfiqlər bu gün müdafiə xərclərinin idarə edilməsi, bölüşdürülməsi və müdafiə sənayesinin gücləndirilməsindən başlayaraq Ukraynada sülhün bərqərar olması məsələsinə qədər mühüm müzakirələr aparacaq. Bunlar liderlərimizin gələn ay Niderlandda keçirəcəyi görüşə hazırlıq çərçivəsində bu gün müzakirə edəcəyimiz vacib məsələlərdən bəziləridir", - o qeyd edib.

.