Son günlər ANS telekanalı ilə Bakı Metropolitenin rəisi Tağı Əhmədov arasında gərginlik yaşanır. Buna səbəb Metropoliten rəisinin mətbuat nümayəndələri ilə keçirdiyi brifinqlərdə ANS-in əməkdaşlarına qarşı kobud hərəkətləridir. Bu səbəbdən telekanalda noyabrın 26-sı tarixində "Xəbərçi”nin axşam buraxılışında Tağı Əhmədov barədə kəskin süjet efirə gedib. Sujetdə Metronun qeyri-şəffaf fəaliyyətinə və Tağı Əhmədovun səlahiyyət həddini aşmasına diqqət yetirlib. Həmin sujetdən sonra Metropolitenin mətbuat xidmətindən ANS-ə qarşı aşağılayıcı cavab verilib.
Belə ki, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva ANS-i əxlaqsızlıqda və səviyyəsizlikdə ittiham edib: "Çox təəssüflər olsun ki, ANS telekanalında Tağı müəllim haqda həqiqəti əks etdirməyən fikirlər səsləndirilir. Müəllifin efir əxlaqına sığmayan fikirləri telekanalın necə səviyyəsiz olduğunu göstərir. Şəxsən mən Tağı müəllimin yerində olsaydım, düşünmədən onları məhkəməyə verərdim. ANS telekanalı Tağı müəllimi ittiham edir, amma özləri primitiv və əxlaqi dəyərlərə zidd olan şou proqramları ilə tamaşaçıların zövqünü korlayırlar. Onların ittihamları haqsız və məntiqsizdir”-deyə Nəzakət Tarıverdiyev bildirib.
Sələnən fikirlərə ANS-in prezidentinin İctimaiyyətlə Əlaqələr üzrə müşaviri Mais Məmmədov da münasibət bildirib: " Bizim səsləndirdiyimiz fikirlər, hazılradığımız süjet həqiqəti əks etdirir və heç bir təhqirə yol verilməyib. Biz bilirdik ki, bu sujetə belə reaksiya olacaq. Tağı Əhmədov çox kobud adamdı və bütün jurnalistlər bunun şahididir. Bizim ünvanımıza söylənilən təhqirlərə də lazımi cavabı verəcəyik”
Son günlər mətbuat nümayəndələrinin telefonlarını açmadığı və danışmaq istəmədiyi bildirilən T.Əhmədov "lent.az”-a açıqlamasında hazırda Bakıda olmadığını və suallara cavab verə bilməyəcəyini bildirib: "Mən indi Bakıda deyiləm. Bakıdan kənarda "komandirovka”dayam. Danışa bilməyəcəm. 10 gündən sonra iş başında olacam”.
.
