Ankarada Türkiyənin xarici ölkələrdəki səfirləri və digər diplomatik nümayəndəlik rəhbərlərinin 13-cü konfransı başlayıb.
Tədbirdə 282 səfir və diplomatik nümayəndəlik rəhbəri iştirak edir.
Konfransı xarici işlər naziri Mövlud Çavuşoğlu açıb.
Qeyd edək ki, toplantıdan əvvəl diplomatlar Anıtqəbri ziyarət ediblər.
Xatırladaq ki, konfransda Türkiyənin xarici siyasətindəki son proseslər müzakirə olunacaq. Həmçinin digər regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılacaq.
