Ankarada dəmiryol vağzalında terroru İŞİD-in Qaziantəpdəki özəyi törədib.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Ankara Prokurorluğu məlumat yayıb.
Məlumata görə, onlar Türkiyə boyu bu sayaq aksiyalar keçirməyi planlaşdırırmış.
"Terrorçuların məqsədi noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkiləri sabotaj etməklə ölkədə sabitliyi pozaraq, iğtişaşlar yaratmaq olub. Onlar seçkinin nəticəsində ortaya çıxacaq siyasi mənzərədən asılı olaraq, hökumətin qurulmasını əngəlləmək istəyibmişlər. Terorçular seçkinin keçirilməsinə manelər yaratmaqla siyasi kampaniyanın təxirə salınmasına nail olmağa çalışacaqmışlar", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, oktyabrın 10-da Anakarada dəmiryol vağzalında törədilən terror nəticəsində 102 nəfər həyatını itirib, 500-ə yaxın insan yaralanıb.
.
