"Ölənlərin sayının artacağından qorxuruq"
Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 47-ə çatıb.
APA-nın xəbərinə görə, bu barədə "Hürriyet" qəzetinə Ankaranın Baş prokuroru Harun Kodalak bildirib.
Baş prokurorun sözlərinə görə, 30 nəfər hadisə yerində, 17 nəfər isə xəstəxanalarda dünyasını dəyişib.
"Xəstəxanaya yerləşdirilən yaralıların bir çoxunun vəziyyəti kritikdir. Ölənlərin sayının artacağından qorxuruq", - deyə H. Kodalak bildirib.

****
Ankarada dəmiryol stansiyasıjnda baş verən iki partlayış nəticəsində ölənlərin sayı 30-a , yaralananların sayı isə 126-ya çatıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, bu gün Ankaranın Səhiyyə meydanında "Savaşın yerinə, Sülh, Əmək, Demokratiya" şüarı altında mitinq keçiriləcəkdi. Mitinqə gələnlərin qatar stansiyasında toplaşması qərarlaşdırılıb.
Məlumata əsasən, partlayışlar intiharçı-terrorçunun özünü partlatması nəticəsində baş verib.

****
Türkiyənin paytaxtı Ankara şəhərində bəzi həmkarlar təşkilatlarının mitinq təyin etdiyi dəmir yolu stansiyası yaxınlığında 2 partlayış baş verib.

Türkiyənin paytaxtı Ankara şəhərində bəzi həmkarlar təşkilatlarının mitinq təyin etdiyi dəmir yolu stansiyası yaxınlığında 2 partlayış baş verib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, KESK, DİSK, TMMOB və TTB həmkarlar təşkilatları bu günə "Barış Mitinqi” təyin edib. Mitinqə qatılmaq üçün Gənclik Parkında insanları toplaşmağa başlayarkən ardıcıl 2 partlayış baş verib. Nəticədə çoxlu sayda insanın öldüyü və yaralandığı xəbər verilir.
Partlayışı terrorçu kamikadzenin törətdiyi bildirilir. "Milliyet"in yaydığı ilkin məlumata əsasən təxminən 20 nəfər ölüb. Təşkilat komitəsi mitinqi ləğv edib.

.