PYD (PKK terror təşkilatının Suriya qanadı hesab edilir - red.) Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak etməyəcək.
"Sabah” nəşri xəbər verir ki, diplomatik mənbələrdən əldə olunan məlumata görə, Türkiyə bu mövzuda İran və Rusiya ilə razılaşma əldə edib.
Qeyd edək ki, Suriya Milli Dialoq Konqresi 29-30 yanvar tarixlərində Rusiyanın Soçi şəhərində keçiriləcək.
.
