"Real”ın baş məşqçisi carlo Ancelotti rəsmən vəzifəsindən azad edilib. Klub başqanı Florentino Peres bu gün Ancelotti ilə görüşüb və ona artıq "Real”da çalışmayacağını bildirib:

"Klubun Direktorlar Şurası qərar verdi ki, artıq komandamızda Karlo Ancelotti çalışmayacaq. Bu, çox ağır qərardı, ancaq ümid edirik ki, hər iki tərəf üçün də xeyirli olacaq”.

Qarşıdakı bir həftə ərzində yeni baş məşqçinin adının açıqlanacağı bildirilib.
.