
Hollivud ulduzu Ancelina Coli boşanma qalmaqallarından sonra ilk dəfə görüntülənib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, əri Bred Pittlə boşanma ərəfəsində olan Ancelina Kaliforniyanın Malibu şəhərində yeni evinə baxarkən paparazzilərin obyektivinə tuş gəlib. Sakit okeanın sahilində yerləşən evə baxmağa aktrisa öz uşaqları ilə gedib. Uşaqların arasında təkcə onun böyük övladı Meddoks gözə dəyməyib. Digər uşaqlar dayələrinin nəzarəti altında çimərlikdə oynayıblar.
Müxbirlər qeyd ediblər ki, Coli daha rahat və xoşbəxt görünüb.
Colinin boşanma ərəfəsində olduğu həyat yoldaşı Bred Pit isə hələ də cəmiyyət arasına çıxmayıb.
