Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların problemləri ilə maraqlanan Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə Goranboy rayonu Heydər Əliyev Mərkəzində pandemiya qaydaları çərçivəsində seçiciləri ilə görüş keçirib.
Qəbuldan öncə millət vəkili bir qrup ziyalılarla birlikdə ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, abidə önünə gül dəstələri düzüb. Daha sonra Heydər Əliyev Mərkəzində müxtəlif sosial qrupları təmsil edən şəxslərin iştirakı ilə seçicilərin qəbulu baş tutub.
Qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən millət vəkili onların müraciət və təkliflərini dinləyib. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılıb. Həmçinin pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri, eyni zamanda vaksinasiya olunmaları tövsiyə olunub.
Görüşdə iştirak edən sakinlər sonda Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən diqqətə və qayğıya görə  ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər. 

.