Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin həbs edilməsi barədə vəsatət verib.

2 zərərçəkən dəymiş ziyanı ödəmədiyinə görə Anar Ədədinin həbsi barədə məhkəməyə vəsatət verib. Məhkəmə həmin vəsatəti təmin edib və onun həbsi barədə qərar çıxarıb.

Anar Əsədli məhkəmə zalında həbs edilib.

Növbəti proses 28 noyabra təyin edilib.

.