"Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində, hökumət tərəfindən təsdiq edilən müvafiq tədbirlər planı mövcuddur. Ötən ilin yekunlarına gəldikdə, 6 000 ha ərazinin təmizlənmə öhdəliyi qarşısında, Agentliyin minaaxtaranları 6 201 ha ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyərək aidiyyəti üzrə təhvil verib".

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

Onun sözlərinə görə, nəticədə, 4 880 ədəd piyada əleyhinə mina, 2 335 ədəd tank əleyhinə mina və 11 205 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib: "Təmizlənən ərazilərin bölgüsünə nəzər salsaq: kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 1 981 ha, məskunlaşma üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi üzrə 1 373 ha, nəqliyyat infrastruktur layihələri üzrə 1 618 ha, enerji xətlərinin çəkilməsi üçün 586 ha və 644 ha ərazi digər layihələr üzrə təmizlənərək təhvil verilib".

V,Süleymanov İkinci Vətən müharibəsindən sonra ANAMA-ya təmizlənməsi həvalə edilən 55 layihədən 46-sı uğurla yekunlaşıb: "Burada əsasən energetika sahəsi, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat infrastrukturu, sənaye parkları, eləcə də xüsusi tapşırıqlar, yaşayış infrastrukturunun yaradılması və ekoloji qiymətləndirmə ərazisi istiqamətlərində əməliyyatlar icra edilib. Ən mühüm layihələrdən Zəfər yolu, Zəngilan rayonu “Ağıllı Kənd” yaşayış məntəqəsi, Zəngilan rayonu hava limanı, Füzuli-Hadrut avtomobil yolu, Xındırıstan – Ağdam elektrik xətti və digərlərini qeyd etmək olar".

 

 

.