Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 4 nəfər (hər biri kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə TƏBİB-dən bildirilib.

"Hazırda vəziyyəti stabil olan 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, vəziyyəti ağır olan 1 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Füzulidə yol qəzasına düşüb. Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb.

.