Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) qurumun əməkdaşının Ağdamda minaya düşməsi ilə bağlı məlumat yayıb.

ANAMA-dan verilən məlumatda bildirilib ki, avqustun 6-da ANAMA əməkdaşı 1990-cu il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
 

***

Baş Prokurorluq ANAMA-nın əməkdaşının Ağdamda minaya düşməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, avqustun 6-da saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

.