
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ilə azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesini müzakirə edib.
Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) sosial şəbəkədəki hesabında paylaşım edilib.
“Azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları və bu prosesdə beynəlxalq təşkilatların mümkün dəstəyi barədə fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin iki ölkənin bu istiqamətdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər”, - paylaşımda vurğulanıb.
.