İsmayıllı rayonunda bir ailənin iki üzvü bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Hadisə dünən axşam saat 18:30 radələrində İsmayıllının Talıstan kəndində qeydə alınıb.
Kənd sakini, 1978-ci il təvəllüdlü Qasımlı Yeganə Ağaməmməd qızı azyaşlı övladını, 2010-cu il təvəllüdlü Qasımlı Fərid Cavid oğlunu yaşadığı evin hamam otağında çimizdirərəkən hər iksi dəm qazından zəhərlənərək ölüb. İlkin məlumata görə hamamda kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı içəri dolaraq zəhərlənməyə səbəb olub.
apa.az
.
