"8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" Milli Məclisin qərar layihəsi layihəsində Amnistiya Aktını tətbiq etmək üçün nəzərdə tutulmuş orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir.

Bu, "8 Noyabr - Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında" qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq, cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, təhqiqat və ya ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən tətbiq ediləcək.

.