
Qremmi mükafatının laureatı xərçəng xəstəliyindən dünyasını dəyişib
Amerikanın tanınmış müğənnisi, "Qremmi" mükafatı laureatı Billi Pol 81 yaşında vəfat edib.
"Report" xəbər verir ki, müğənni xərçəng xəstəliyindən dünyasını dəyişib.
B.Pol musiqi karyerasına 11 yaşında başlayıb. 1972-ci ildə müğənniyə məşhurluq gətirən "Me and Mrs. Jones" mahnısı albom şəklində buraxılıb. Bu mahnıya görə B.Pol "Qremmi" mükafatına layiq görülüb.
O, 1968-1988-ci illərdə 15 albom buraxıb.
B.Pol yaradıcılığı boyunca vətəndaş hüquqlarının qorunması uğrunda mübarizə aparıb.
.