Amerikalı seçicilərin yarıdan çoxu ABŞ prezidenti Co Baydenin və keçmiş dövlət başçısı Donald Trampın 2024-cü ildə növbəti müddətə namizədliyini irəli sürməsini istəmir.

Bu barədə “Yahoo!”nun “YouGov” tədqiqat təşkilatı ilə birgə keçirdiyi sosioloji sorğunun nəticələrində qeyd olunub.

Nəşr edilmiş araşdırmaya görə, respondentlərin 57%-i “Bayden yenidən namizədliyini irəli sürməlidirmi” sualına mənfi cavab verib.

Maraqlıdır ki, eyni faiz (57%) amerikalı Trampın da növbəti prezidentlik yarışında iştirak etməyini arzulamır.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

.