ABŞ-da Demokratlar Partiyasının Kaliforniyadan olan senatoru Leand Yee San-Fransiskoda həbs edilib. Buna səbəb senatorun korrupsiya və rüşvət qalmaqalında birbaşa əlinin olmasıdır. Amerikanın Federal Təhqiqatlar Bürosunun (FTB) bir il ərzində apardığı əməliyyat zamanı Leand Yee ilə birgə "Raymond Chow" adlı şəbəkə də zərərsizləşdirilib.
Amerikalı senatorun həbsindən sonra FTB əməkdaşları onun ofisində axtarış aparıb. Leand Yeenin gün ərzində Federal Məhkəmədə hakim qarşısına çıxarılacağı bildirilir.
.
