Amerikalı müğənni Lindsay Lohan ötən gecə İstanbulda törədilən terrora münasibət bildirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni İnstaqram və "Twitter” səhifələrində Türkiyə bayrağını "terrorulenetliyoruz” haştaqı altında paylaşaraq yazıb:

"İstanbulda dəhşətli terror aktı baş verib. 29 nəfər ölüb, 166 nəfər yaralanıb. Bunu bilmənizi istədim. Bu gecə qəlbim Türkiyədədir”.

 .