Amerikalı general Mixael Flinn ABŞ prezidenti Barak Obamanın ünvanına şok ittihamlar söyləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Kəşfiyyatı Agentliyinin (DIA) rəhbərii Mixael Flinn qonaq olduğu bir teleproqramda Obamanın İŞİD-i bilərəkdən silahlandırdığını deyib.

"Prezident Obama İŞİD-in böyüdüyünü bilirdi, ancaq buna maneə olmadı. Hətta böyüməsi üçün önünü açdı və silah yardımı etdi. Daha əvvəl ortaya çıxan sənədlərdə də Obamanın İŞİD-i dəstəklədiyinə dair dəlillər var idi. Xüsusilə Əsəd buna qarşı çıxmışdı, ancaq ABŞ İŞİD-ə silah yardımı etməyə davam etmişdi”, - amerikalı general söyləyib.
.