
Rusiya ABŞ üçün başlıca təhlükələrdəndir. Bunu ABŞ ordusu quru qoşunlarının qərargah rəisi general Reymond Odierno Pentaqondakı brifinqdə bəyan edib.
"Düşünürəm ki, Rusiya bir sıra səbəblər üzündən təhlükəlidir. İlk olaraq ona görə ki, o bizim digər potensial rəqiblərimizdən fərqli olaraq daha hazırlıqlıdır”, - general deyib.
General bildirib ki, Rusiyanın Ukraynada həqiqətən mürəkkəb əməliyyatlar keçirmək üçün ciddi imkanları var. Bununla əlaqədar Odierno hesab edir ki, NATO qoşunlarının hərbi potensialını Şərqi Avropada artırmaq lazımdır.
"Biz NATO-nun hərbi imkanlar sahəsində istiqamətini dəyişməyə davam etməliyik”, - amerikalı general vurğulayıb.(oxu.az)
.