
ABŞ-ın Florida ştatının sakini anasını amansızlıqla öldürüb.
APA-nın "ABC News”a istinadən xəbərinə görə, 42 yaşlı Maykl Uotkins əvvəlcə anasın Qloriyaya tapançadan atəş açıb, sonra başından oxla vurub, daha sonra isə bıçaqlayıb.
Hadisə yerinə gələn polislər Maykl Uotkinsi elektroşokla zərərsizləşdiriblər. O, qətldə və polisə müqavimətdə ittiham olunur.
.