Amerikalı aktrisa Rouz Mari 94 yaşında Kaliforniya ştatında dünyasını dəyişib.

"Report” xəbər verir ki, bu barədə aktrisanın rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Aktrisa nümayəndələri onun dekabrın 28-də vəfat etdiyini bildiriblər.

Rouz Mari "Xüsusi təyinatlı" (1975), "Reminqton Stil" (1982) seriallarındakı rolları, həmçinin 1961-ci ildə lentə alınmış "Dik Van Daykın Şouyu" komediyasında Salli Rojers rolu ilə məşhurdur.
.